Kloze: Azərbaycanla oyun Argentina və İngiltərədən daha çətindir
05.09.2010 - 19:41
“Oyunlara köklənmək baxımından Azərbaycanla qarşılaşma İngiltərə və Argentina ilə matçlardan daha çətindir. Çünki bütün futbolçular böyük rəqiblərlə görüşlərdə özlərini göstərmək istəyirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Miroslav Kloze deyib.
Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 7-də baş tutacaq oyununda Azərbaycan yığması ilə görüşəcək Bundestimin 32 ysşlı hücumçusu Almaniya Futbol İttifaqının rəsmi internet saytına açıqlama verib. Kloze iki gün sonrakı matç haqda fikirlərini də açıqlayıb: “Azərbaycan yığması atletik futbola üstünlük verir. Dünya çempionatının seçmə mərhələsində onlara qarşı keçirdiyimiz matçlarda çətinliklə üzləşmişdik. Lakin sonda 2:0 və 4:0 hesabı ilə qalib gəlmişdik”.
Polşa əsilli futbolçu yığmamızın qapısına qol vurmaq arzusundadır: “Təbii ki, mən hər oyunda qol vurmağa çalışıram. Lakin Azərbaycanla matçda bu çətin olacaq”.

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0