Azərbaycan yığması üçün 40 min tamaşaçı
06.09.2010 - 13:17
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya - Azərbaycan oyununa bilet satışı hələ də davam edir. Apasport.az saytının məlumatına görə, Köln şəhərinin “Reynenerji ştadion” arenasında keçiriləcək qarşılaşmaya artıq 40 min bilet satılıb. Sabah keçiriləcək görüş üçün satışa çıxarılan digər 7 min bilet isə hələ də sahibini gözləyir. Bu gün və sabah davam edəcək satış zamanı onların da azarkeşlər tərəfindən alınacağı gözlənilir. Qiyməti 22-70 avro aralığında olan biletlər oyunun başlamasına 2,5 saat qalmışa kimi kassalarda olacaq.
Qeyd edək ki, sabah keçiriləcək Almaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, sabah keçiriləcək Almaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0