“Heç kim deyə bilməz ki, komandamız 100 faiz növbəti mərhələyə çıxacaq”
06.09.2010 - 15:36
“Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində yer aldığı A qrupu çox güclü komandalardan təşkil olunub. Heç kim deyə bilməz ki, komandamız 100 faiz növbəti mərhələyə çıxacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Bu gün jurnalistlərlə də görüşən nazir futbol yığması haqda da fikirlərini açıqlayıb. Rəhimov Avro-2012-nin seçmə mərhələsində ilk oyununu sabah keçirəcək yığmamızdan nəticə gözləməyə tələsmədiyini, gələcəyə nikbin baxdığını bildirib: “Mən yığmamızdan uğurlu çıxışı 3-5 ilə gözləyirəm. Bunun üçün də lazım olan bütün işlər görülür. Artıq müxtəlif yaş qrupları üçün çempionatlar təşkil olunur. Bu gün U-13 liqasında çıxış edən uşaqlar gələcəkdə yığmaya seçimin böyük olmasına xidmət edəcəklər. Seçimin böyüməsi isə yığmanın da güclənməsinə kömək edəcək”.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstanla eyni qrupda mübarizə aparır.

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0