Lukas Podolskiyə Azərbaycanla oyun öncəsi “əlcək atdılar”
06.09.2010 - 16:00
Almaniya yığmasının futbolçuları Toni Krossla Lukas Podolski Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla rəsmi oyun öncəsi rəqabətə girişib.
Apasport.az saytının məlumatına görə, “Bavariya” klubunda çıxış edən Krossu yığmada əsas heyətdən kənarda qalması narahat edir. Toni bəyan edib ki, Lukasla mübarizə aparıb, sol cinah yarımmüdafiəçisi mövqeyindən sıxışdırıb çıxarmaq niyyətindədir. 20 yaşlı futbolçu Avro-2012-nin startında Belçika yığmasına səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə 70-ci dəqiqədə meydana daxil olub: “Azərbaycan yığması ilə sabahkı oyunda ilk dəqiqələrdən meydanda olacağımı bilmirəm. Mövqeyimdə oynayan istənilən futbolçu rəqibdir. Heç kimə sirr deyil ki, sol cinahda oynaya bilərəm. Belə hiss edirəm ki, meydanda vəzifələri yerinə yetirməyə hazıram. Ancaq baş məşqçimiz Yoahim Lövün Podolskiyə etimad göstərdiyini da ədalətli sayıram. Lukas bunu haqq edib. Onun yığmada hesabında 80 oyun, böyük turnirlər təcrübəsi var. Mən də əsas heyətə düşməyə iddialıyam. Bunu 5-6 ilə etmək qarşımda duran vəzifədir”.
Kross nə qədər iddialı olsa da, Lövün yenə əsas heyətdə Podolskiyə şans verəcəyi şübhə doğurmur. Ən azı ona görə ki, Bundestim yığmamızla Lukasın doğma şəhəri olan Kölndə görüşəcək. Podolski məhz “Köln” klubunun yetirməsidir və “Bavariya”da ehtiyatda qalmaqdansa, elə də güclü olmayan doğma komandasına qayıtmağa üstünlük verdi. Köln publikasının sevimlisi olan Lukasın millimizlə görüşəcəkləri “Raynenerqiştadium” stadionunda oyunları uğurlu alınır.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0