Berti Foqts: Bizdən sürpriz gözləməyin
06.09.2010 - 16:15
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu Almaniyaya qarşı keçirəcək Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Köln şəhərinə ezam olunan əməkdaşının məlumatına görə, “Holidey İnn” otelində təşkil olunan tədbirdə təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Unutmayaq ki, mən baş məşqçi təyin edilən vaxt Azərbaycan yığması FİFA reytinqində 145-ci pillədə idi, indi isə 105-ci yerdədir. Futbolçular özlərinə güvənirlər və buna sevinirəm. Dünya çempionatında Almaniya yığmasının oyununu izlədim. Təəssüf ki, dünya çempionu ola bilmədilər. Amma hər halda, dünyanın ən güclü komandasından biridir.
- Azərbaycan yığmasının məqsədi nədir?
- 4-5 ildən sonra Azərbaycan yığması Avropada orta səviyyədə futbol oynaya bilər. Bilirsiniz, meydançalar azdır. 15-16 yaşlı uşaqlar məşq etməyə meydan tapmır. Onlara kömək etmək lazımdır. Növbəti tskildə almanlarla eyni qrupda olmasaq, növbəti mərhələyə çıxmağa şansımız olar.
- Bir müddət əvvəl milli komandanın futbolçularının fiziki hazırlığından narazı qalmışdınız. İndi necə?
- 3 həftəyə futbolçuların fiziki hazırlığını dəyişmək mümkün deyil. Onlar tibbi testdən keçiblər, amma nəticələri haqda burda danışmaq istəmirəm. Komanda 8 gündür bir yerdədir. Bilirsiniz ki, Bakıdakı toplanışda “Qarabağ”ın futbolçuları məşqə qatılmamışdılar. Və görürəm ki, futbolçular yaxşı çalışıb məşq edirlər.
- Almaniya ilə oyunda Azərbaycan yığmasının üstün cəhəti hansıdır?
- Almaniyada sürpriz gözləmirəm. Amma Bakıda heç kim asan oyun gözləməsin.
- Ramazan ayı olduğu üçün futbolçularda hansısa problem var?
- İndi yoxdur amma son 2-3 həftədə lazım qədər qidalanmayıblar. Son günlər aralarında oruc tutan yoxdur. Heç su da içməyiblər. Yaxşı ki, biz Ramazan ayında 1 rəsmi oyun sala bildik, ikisini yox. Mənim başqa problemim də var. İki müdafiəçinin xidmətindən məhrumuq. Bir də hücumameylli futbolçumuz (Əfran İsmayılov-red) 6 ay oynaya bilməyəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0