Farer adalarının futbolçuları duş qəbul edə bilmir
06.09.2010 - 17:16
Farer adaları yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində İtaliyada yaradılan şəraitdən narazılıq edib. Apasport.az saytının məlumatına görə, sabah bu ölkənin yığması ilə səfər oyununa çıxacaq “cırtdan ölkə”nin təmsilçisinin üzvlərinə hətta duş qəbul etməyə məhdudiyyət qoyulub. Bu, İtaliyada çoxsaylı məhdudiyyətlərdən biri olub. İtalyanların verdiyi stadionunda məşq zamanı farerli futbolçulardan biri zədələnib. Farer adaları yığmasının rəhbərliyi komandanın yerləşdiyi məkanı dəyişməyi qərara alıb. Onlar oyuna hazırlıq məqsədilə daha yaxşı şərait axtarırlar.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0