Mahir Məmmədov: Yığmadan Olimpiadada uğur gözləməyə tam əsasımız var
14.09.2010 - 17:00
“Birbaşa federasiyamızın təşəbbüsü və təşkilatçılığı ilə təlim-məşq toplanışımız oldu. Bu, təqvimdə olan ən mötəbər komanda yarışına hazırlıq idi. Olimpiadada uğur, müvəffəqiyyət gözləməyə tam hüququmuz, əsasımız var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.
Rusiyada keçiriləcək növbəti Şahmat Olimpiadasına hazırlığı yüksək qiymətləndirən Məmmədov yığmadan növbəti uğuru gözləməyə tam əsaslarının olduğunu bildirib. Vitse-prezident son vaxtlar qalmaqalların mərkəzində olan beynəlxalq qrossmeysterimiz Vüqar Həşimovla bağlı xoşagəlməz söz-söhbətlərə münasibətini bildirib: “Serbiyada Avropa çempionatında qələbə əzmimiz böyük idi. Çempion olacağımıza inanırdıq, olduq da. Bursada keçirilən dünya çempionatına da qalib kimi getmişdik. Avropa çempionu kimi bu titula da yiyələnə bilərdik. Ancaq orada mükafatsız qalmağımıza bəzi xoşagəlməz söhbətlər təsir etdi. Bu da Vüqar Həşimovun sayəsində oldu. Bakıda keçirilən “Prezident kuboku” beynəlxalq turniri ərəfəsində federasiyamızın prezidenti Elman Rüstəmovun tapşırığı ilə Həşimova dəvət göndərsək də, o, iştirak etməkdən imtina etdi”.
Məmmədov yığmada kapitanlıq məsələsinə də aydınlıq gətirib: “Növbəti yarışda da kapitanımız Zurab Azmayparaşvili olacaq. O, FİDE-də prezident seçkiləri ərəfəsində çətin vaxtda bu vəzifəni öz boynuna götürdü. Vitse-prezidentliyə namizədliyini verəcək Azmayparaşvilinin başı qarışıq olsa da, bizə öz köməkliyini göstərməyə hazır olduğunu bildirdi”.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0