“Üzgüçülük Federasiyasına formal olaraq rəhbərlik edirəm”
14.09.2010 - 18:47
“Şahmat mürəkkəb və çətin bir idman növüdür. Bunun üçün Üzgüçülük Federasiyasına da rəhbərlik etməyim çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Mərkəzi Bankın sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.
Şahmat Federasiyası ilə bərabər Üzgüçülük Federasiyasının da prezidenti olan Rüstəmov bildirib ki, ikinci vəzifəsini formal olaraq icra edir: “Azərbaycan prezidenti cənab İlham Əliyev şahmatın inkişafı üçün “Dövlət proqramı” ilə bağlı sərəncam imzalayıb. Ölkəmizdə zəka oyunu bu proqramdan asılıdır. Bunun üçün faktiki Üzgüçülük Federasiyasından ayrılmışam. Lakin formal olaraq bu quruma rəhbərlik edirəm. Federasiyadakı problemlərin yoluna qoyulmasında köməklik göstərirəm. Bu barədə gənclər və idman naziri Azad Rəhimovla söhbətim də olub”.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0