Avropa çempionatından ilk medal
18.09.2010 - 09:16
Bolqarıstanın Sofiya şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının ilk gününü Azərbaycan yığması medalla başa vurub. Apasport.az saytının məlumatına görə, tatamiyə çıxan 3 cüdoçumuzdan Vüqar Şirinli (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. İlk iki görüşdə Şmaqi Lagazauriyə (Gürcüstan) və Remus Lazeaya (Rumıniya) qalib gələn həmyerlimiz 1/4 finalda rusiyalı Yaqub Şamilova uduzub.
Rəqibi finala kimi irəlilədiyindən Şirinli təsəlliverici görüşlərdə mübarizə aparıb. O bu mərhələdə uğurlu çıxış edərək polşalı Lukaz Kielbasinski və finlandiyalı Vadud Balatxanov üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Digər idmançılarımız Elsəvər Sadıqzadə (55 kq) təsəlliverici görüşlərdə, Rüstəm Orucov (66 kq) isə 1/8 final mərhələsində məğlub olub.
Qeyd edək ki, Avropa çempionatında Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 8 cüdoçu ilə qüvvəsini sınayan Azərbaycan yığmasının daha 5 üzvü (Sərxan Əhmədov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Fərid Babayev (+100 kq) və Xanım Hüseynova (57 kq)) bu gün və sabah qüvvəsini sınayacaq.

- Bakı məktəbliləri arasında velosiped yarışı keçirilib
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- "Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
0
0