Uğursuz debüt
18.09.2010 - 09:49
Bolqarıstanlı legioner Silviya Angelovanın (48 kq) Azərbaycan yığmasında debütü uğurlu alınmayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi ağırlıqqaldırma üzrə dünya çempionatında təmsil edən idmançı 22-ci yeri tutub.
Yenicə milliləşdirilən Angelova 2 hərəkətin cəmində 149 kq (67 kq + 82 kq) qaldıraraq 6 rəqibini qabaqlamağı bacarıb. Onun çıxış etdiyi çəki dərəcəsində isə 214 kq (93 kq + 121 kq) çəkini ram edən türkiyəli Nurcan Taylan qızıl medala layiq görülüb.
Bolqarıstanlı legionerlimizlə bərabər Elmir Əliyev (56 kq) də çıxışını medalsız başa vurub. 222 kq (95 kq + 132 kq) çəkini qaldıraraq C qrupunda 7-ci olan həmyerlimizin yekun nəticəsi bu gün keçiriləcək A və B qruplarında çıxışdan sonra müəyyənləşəcək.
Qeyd edək ki, sentyabrın 21-dən daha 8 idmançımız mübarizəyə qoşulacaq. Həmin gün Əfqan Bayramov və Sərdar Həsənov (hər ikisi 69 kq) nəyə qadir olduğunu nümayiş etdirəcəklər. Sentyabrın 22-də Turan Mirzəyev (77 kq), 23-də Nailxan Nəbiyev (85 kq), Rumyana Petkova (75 kq) podiuma çıxacaqlar. Tornike Kokaya, Əlibəy Səmədov (hər ikisi 105 kq) və İntiqam Zairov (94 kq) isə 1 gün sonra qüvvələrini sınayacaqlar.
Dünya çempionatına sentyabrın 26-da yekun vurulacaq.

- Bakı məktəbliləri arasında velosiped yarışı keçirilib
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- "Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
0
0