15-ci qələbənin bir addımlığında - FOTO
24.09.2010 - 17:05
Peşəkar boksçumuz Əli İsmayılov sabah növbəti döyüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Asiya Peşəkar Boks Assosiasiyasının kəməri uğrunda Macarıstan təmsilçisi Jozef Nadla qarşılaşacaq.
Rusiyanın Murmansk şəhərinin Buz İdman Sarayında keçiriləcək döyüş İsmayılovun 18-ci sınağı olacaq. Bundan öncə 3 dəfə məğlub olan İsmayılov qələbə qazanacağı halda, “qurbanlarının” sayını 15-ə çatdıracaq.
Təmsilçimizdən fərqli, Nad daha təcrübəlidir. İndiyədək peşəkar boksda 22 görüş keçirən macarıstanlı bunların 6-da rinqi başıaşağı tərk edib.
Qeyd edək ki, “Bürünc Əli” qazandığı 14 qələbədən 12-də, Nad isə 16 qələbədən 15-də rəqibini nokauta salıb.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0