Yığmamızın üzvlərinin “Qalatasaray”da debütü uğurlu oldu
06.10.2010 - 17:16
Cüdo üzrə Azərbaycan yığmasının üzvləri Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovanın (63 kq) “Qalatasaray”ın heyətində debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, sentyabrda “sarı-qırmızılarla” müqavilə bağlayan xanım idmançılarımız Türkiyənin klublararası çempionatının II mərhələsində qüvvələrini sınayıblar. 2 gün davam edən yarışda cüdoçularımızdan öz çəkisində 5 döyüşdə tatamiyə çıxan Qasımova bütün rəqiblərini məğlub edib. Yusubova isə 3 döyüşdə mübarizə aparıb və onların 2-də qələbə qazanıb.
12 komandanın qatıldığı çempionatda 2 mərhələdən sonra 24 xal toplayan “Qalatasaray” üçüncü pillədə qərarlaşıb. İlk pillənin sahibi “Kocaeli Böyükşəhər Bələdiyyə Kağıtspor”un aktivində isə 30 xalı var.
Qeyd edək ki, növbəti mərhələnin görüşləri noyabrın 27-28-də baş tutacaq. 4 mərhələdən ibarət yarışın ilk “dördlüyündə” qərarlaşacaq klublar Avropa çempionatına vəsiqə qazanacaqlar.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0