Nihat Kahveçi: Azərbaycanla oyunda 3 xal üçün mübarizə aparacağıq
07.10.2010 - 08:56
“Almaniya və Belçika oyununu izləyənlər belçikalıların güclü olduğunu söyləyirdilər. Lakin biz onlarla görüşdə layiqli qələbə qazandıq. Müdafiədə səhvsiz oynayan rəqib, ayağında top saxlamağa belə çətinlik çəkirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının hücumçusu Nihat Kahveçi deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi “ay-ulduzlular” ili qələbə ilə başa vurmaq niyyətindədir. Oktyabrın 8-də səfərdə Almaniya futbolçularını sınağa çəkəcək türklər 4 gün sonra Bakıya səfər edəcəklər. Kahveçi bildirib ki, bu 2 oyunda ən pis halda 4 xal qazanmaq istəyirlər: “Biz gözəl oyun sayəsində rəqibdən xal və xallar almağa qadirik. Almaniya ilə matçda da qələbə üçün meydana çıxacağıq. Lakin qalib gələ bilməsək, məğlub da olmalı deyilik. Bunun ardından isə Azərbaycanla qarşılaşacağıq. Bu qarşılaşmada da 3 xal üçün mübarizə aparacağıq. İli qələbə ilə başa vurmaq istəyirik. Fikrimcə, hər 2 görüşdə aktivimizə 3 xal yazsaq möhtəşəm olacaq”.
Qeyd edək ki, Azərbaycan və Türkiyə komandaları oktyabrın 12-də Bakıda qarşılaşacaqlar.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0