Yoahim Löv: Mənim üçün Türkiyə və Azərbaycanla oyunlar eynidir
07.10.2010 - 09:42
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Türkiyə və Azərbaycan milli komandalarına eyni gözlə baxır. Apasport.az saytının məlumatına görə, təcrübəli alman mütəxəssis bu iki rəqiblə görüşlərə fərq qoymur. Bundestim Avro-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu sabah evdə Türkiyə yığması ilə keçirəcək.
Son görüşündə öz meydanında yığmamıza 6:1 hesabı ilə qalib gələn Löv hər oyuna ciddi yanaşır: “Təbii ki, bu görüşün ayrı bir özəlliyi var. Stadiondakı atmosfer, oyunun ab-havası, Türkiyəni yaxşı tanımağım, 75 min azarkeş də bu oyunda ayrı bir rəng qatacaq. Ancaq onu bildirməliyəm ki, mən şəxsən Türkiyə ilə görüşünü digərləri kimi görürəm. Biz qrupda seçmə mərhələ oyuna çıxacağıq. Bu, eynilə Belçika və Azərbaycan oyunlarında olduğu kimidir”.

- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
0
0