Azərbaycan yığması Danimarka və Gürcüstana qarşı
30.10.2010 - 09:38
Bu gün Bakıda növbəti mötəbər yarışın startı veriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə paytaxtımız taekvondo üzrə komandalararası Avropa çempionatına ev sahibliyi edəcək.
Kişilər və qadınlar arasında keçiriləcək yarışda yığmalarımızın rəqibləri müəyyənləşib. Püşk Ələkbər İmaməliyevin rəhbərlik etdiyi komandanı Danimarka və Gürcüstanla üz-üzə qoyub. Qadın taekvondoçularımız isə İsveçrə və Belarus həmkarları ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, 2 gün davam edəcək Avropa çempionatında qrupda ilk 2 yeri tutacaq komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0