Bakıda taekvondo üzrə komandalararası Avropa çempionatının açılış mərasimi keçirilib
30.10.2010 - 20:12
Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvondo üzrə komandalararası Avropa çempionatının startı verilib. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan yığmaları üçün uğurlu başlayıb.
Belə ki, kişilərdən ibarət milli komandamız (Samir Aydınov (58 kq), Fariz Əliyev (68 kq), Rəşad Əhmədov (80 kq), Ramin Əzizov (+80 kq)) Gürcüstana 4:0 hesabı ilə qalib gəliblər. Zərif cinsin nümayəndələri isə İsveçrə ilə 2:2 etdiyindən əlavə görüş keçirilib və yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.
Daha sonra çempionatın rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış ediblər. Onlar son zamanlar Bakının beynəlxalq yarışların mərkəzinə çevrildiyini bildiriblər. Bunun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu ənənənin Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Belə mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycan idmanı üçün əlamətdar hadisə olduğunu vurğulayıblar. Sonra Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Praqalosa, Avropa Taekvondo İttifaqının baş katibi Gerrit Eyssink, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə xatirə hədiyyələri təqdim edib. Avropa Taekvondo Birliyinin də xüsusi mükafatı Kəmaləddin Heydərova təqdim olunub.
Ardından açılış mərasim bədii proqramla davam etdirilib.
Qeyd edək ki, kişilərdən və qadınlardan ibarət yığmalarımız növbəti görüşlərdə Danimarka və Belarus komandaları ilə görüşəcəklər. Növbəti mərhələyə qrup mərhələsindən 2 komandanın yüksələcəyini nəzərə alsaq, hər 2 yığmamız 1/4 final üçün vəsiqəni özləri üçün təmin ediblər.

0
0