Paytaxt stadionu adını satır
11.11.2010 - 18:55
Avro-2012-nin final mərhələsinin açılış oyununun da baş tutacağı Varşava stadionu adını dəyişir. Apasport.az saytının məlumatına görə, Polşa paytaxtındakı “Xalq stadionu” adını pulla satmaq qərarına gəlib. Belə ki, artıq bununla bağlı müsabiqə də elan olunub. Adını stadionun adına qoşmaq istəyib daha çox məbləğ ödəyəcək şirkət buna nail olacaq. Lakin arenanın adındakı “Xalq stadionu” ifadəsi də yeni adda öz əksini tapacaq.
Qeyd edək ki, qitə birinciliyinin oyunlarını qəbul edəcək daha bir arena – Qdansk stadionu da analoji addımla fərqlənmişdi. “Baltik Arena” adını “PGE Arena Qdansk”a dəyişən stadion “PGE Polska Grupa Energetyczna SA” şirkəti ilə 5 illik müqaviləyə görə 35 milyon zlot (təxminən 13 milyon ABŞ dolları) qazanacaq. Bu il yanvarın 1-dən yeni adına qovuşan Qdanskdakı stadion 2014-cü il dekabrın 31-dək belə adlanacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0