Silvio Danailov: Teymur Rəcəbov birbaşa ikinci mərhələdən oyuna başlamalıdır
12.11.2010 - 14:00
“Bu, əlbəttə rəhmdir. Şəxsən mən bu barədə eşidəndə çox təəccübləndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri iddiaçıların görüşündə Maqnus Karlsenin Aleksandr Qrişukla əvəzlənməsinə fikir bildirən Avropa Şahmat Birliyinin prezidenti Silvio Danailov deyib.
O bildirib ki, bu əvəzetmə düzgün deyil və Karlsenin rəqibi qalib elan olunmalı idi: “Bildiyimə görə, norveçli qrossmeysteri heç kim əvəz edə bilməz. Yarışdan imtina edən şahmatçının rəqibinə isə qələbə verilməlidir. Bunun üçün Teymur Rəcəbov birbaşa ikinci mərhələdən oyuna başlamalıdır. Lakin bu qaydaları Beynəlxalq Şahmat Federasiyası (FİDE) məndən daha yaxşı bilir”.
Xatırladaq ki, Karlsen iddiaçıların görüşündən imtina etdikdən sonra onu Qrişuk əvəzlədiyindən yenidən püşkatma keçirilib. İlk püşkün nəticəsinə görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Karlsenlə düşsə də, ikinci cəhddə o sabiq dünya çempionu Vladimir Kramniklə cütlük təşkil edib.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0