3 qrossmeysterimiz dünya çempionatında mübarizəyə başlayır
15.11.2010 - 14:06
Sabah Rusiyanın paytaxtı Moskvada blits növü üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda iştirakçıların sayı artaraq 20-yə çatdırılıb. Belə ki, mundialda Azərbaycanı Şəhriyar Məmmədyarov (2756) və Rauf Məmmədovla (2660) yanaşı, Teymur Rəcəbov (2748) da təmsil edəcək.
Qrossmeysterimizdən başqa, Sergey Movsesyan (Slovakiya, 2723), Fabiano Karuana (İtaliya, 2700) və Dmitri Andreykin (Rusiya, 2669) də dünya çempionu adı uğrunda mübarizə aparmaq hüququ qazanıblar.
3 gün davam edəcək yarışda daha öncə Maqnus Karlsen (Norveç, 2826), Levon Aronyan (Ermənistan, 2783), Pavel Elyanov (2761), Ruslan Ponomoryov (2749, hər ikisi Ukrayna) Boris Gelfand (İsrail, 2751), Hikaru Nakamura (ABŞ, 2733), Maksim Vaşyer-Laqrav (Fransa, 2721), Vladimir Kramnik (2780), Aleksandr Qrişuk (2760), Sergey Karyakin (2747), Petr Svedler (2731), Yan Nepomnyaşi (2706), Boris Qraçev (2668) və Boris Savçenkonun (2627, hamısı Rusiya) adları açıqlanmışdı.

- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0