“Azərbaycan yığması ciddi rəqibdir”
17.11.2010 - 12:05
“Biz London Olimpiadasına ciddi hazırlaşırıq. Böyük Britaniyada minimum 2 bürünc medal qazanmağı planlaşdırırıq. Ancaq qızıl medala sahib olacağımızı da istisna etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Taekvondo İttifaqının (RTİ) prezidenti Anatoli Terexov deyib.
RTİ rəsmisi bildirib ki, ilk öncə lisenziya qazanmaq uğrunda ciddi mübarizə aparmaq lazımdır. Onun sözlərinə görə, bu mərhələdə isə Azərbaycan yığması onlar üçün ciddi rəqibdir: “Avropa komandaları çox gücləniblər. Qitədə Türkiyə, İspaniya, Fransa, Almaniya və əlbəttə ki, Olimpiadaya ev sahibliyi edəcək Böyük Britaniya taekvondo məktəbi öz sözünü deyir. MDB ölkələrindən isə Azərbaycan, Ukrayna və Belarusu vurğulamaq olar. Bu komandalar hər bir yarışda ciddi rəqibdir və medallar uğrunda mübarizə aparırlar”.
Qarşılarına 4 lisenziya qazanmağı məqsəd qoyan Terexov bildirib ki, bunun üçün 2 mərhələdən – 2011-ci ildə Bakıda keçiriləcək dünya çempionatında və 1 il sonra Kazanda olacaq Avropa birinciliyində lazımı nəticə qazanmaq arzusundadırlar.
Qeyd edək ki, Olimpiya təsnifat mərhələlərindən 1-i də Azərbaycanda keçiriləcək. Yarış gələn ilin iyununda paytaxtımızda baş tutacaq.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0