Avropada yeni rekord: Nə qədər qoca olsam da, min cavana dəyərəm
18.11.2010 - 11:00
Finlandiya yığmasının kapitanı Yari Litmanen yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, fin futbolunun əfsanəsi Avropa çempionatlarının tarixinə düşüb. Avro-2012-nin qrup mərhələsində San-Marinonu qəbul edən finlandiyalıların heyətində Litmanen 39 yaş 270 günlüyündə fərqlənib. Veteran hücumçu 8:0 hesabı ilə bitən matçda penalti zərbəsindən komandasının 6-cı qoluna imza atıb. Bununla da o Avropa çempionatlarının seçmə mərhələlərində qol vuran ən yaşlı futbolçu olub. Yariyə qədər bu rekord irlandiyalı Con Oldricə məxsus idi. O, 37 yaş 23 günlüyündə fərqlənmişdi.
Qeyd edək ki, yığmada 137 oyun keçirən Yari 32 qol vurub. 39 yaşlı veteran 7 dəfə Azərbaycan milli komandasına qarşı oynayaraq 2 qola sevinib. 3 dəfə ölkəmizə gələn Litmanen 2 dəfə Bakı, 1 dəfə Lənkəranda meydana çıxıb və paytaxtımızda 1 qol da vurub.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0