Teymur Rəcəbov dünya çempionatından gümüş medalla qayıdır
19.11.2010 - 09:41
Rusiyanın paytaxtı Moskvada keçirilən şahmatın blits növü üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 3 şahmatçımızdan Teymur Rəcəbov mükafatçılar sırasında yer alıb. 38 görüşdən 24 xal toplayan qrossmeysterimiz mundialın gümüş mükafatına layiq görülüb. O, dünya çempionu adını qazanan Levon Aronyandan (Ermənistan) cəmi 0,5 xal geri qalıb. Yarışın bürünc mükafatı isə norveçli Maqnus Karlsenə (23,5) qismət olub.
Mundiala uğurlu başlayan Şəhriyar Məmmədyarov sonda lazımı nəticəni əldə edə bilməyib və 19,5 xal yığaraq Petr Svedlerlə (Rusiya) 8-9-cu yerləri bölüşüb. Digər zəka sahibimiz Rauf Məmmədov isə ilk onluqdan kənarda qalıb. O, 18 xalla Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşyer-Laqravla (Fransa) 12-14-cü yerlərə şərik olub.
Qeyd edək ki, dünya çempionu adı uğrunda 20 şahmatçı mübarizə aparırdı.

- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0