2 idmançımıza 4 illik cəza
19.11.2010 - 11:44
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı tapılan Azərbaycan idmançıları Zülfüqar Süleymanovla Rövşən Fətullayevi cəzalandırıb. Lent.az-ın İWF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki ağırlıqqaldıranımız 4 il müddətinə bütün yarışlardan kənarlaşdırıb.
Artıq müvafiq sənəd Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) da göndərilib. Süleymanovun cəzası 2010-cu il aprelin 6-dan, Fətullayevin cəzası isə 2010-cu il aprelin 10-dan qüvvəyə minib. Onlar 2014-cü il aprelin 6-sı və 10-dək diskvalifikasiyaya məruz qalıblar.
Qeyd edək ki, hər iki ağırlıqqaldıranımız apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında mükafatçılar sırasına düşüb. Fətullayev (94 kq) gümüş, Süleymanov (62 kq) isə bürünc medal qazanıb. Lakin onların orqanizmindən götürülmüş analizlər müsbət nəticə verib. Fətullayevdən metandionon, Süleymanovdan isə tostesteron tapılıb. Hər iki maddə gücü və əzələlərin müqavimət qüvvəsini artırmaq üçün nəzərdə tutulub və onların istifadəsi qadağan olunub.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0