Rövşən Fətullayev: Diskvalifikasiya olunsam da, həvəsdən düşmürəm
19.11.2010 - 13:49
“Hələlik cəzalanmağımla bağlı ətraflı məlumatım yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında ağır atletika üzrə Azərbaycan yığmasının üzvü Rövşən Fətullayev deyib.
Orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı tapılan Fətullayev 4 il müddətinə bütün yarışlardan kənarlaşdırıb. O bildirib ki, hazırda məşqlərini davam etdirir və apelyasiya şikayəti verib-verməyəcəyi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərovla görüşdən sonra dəqiqləşəcək: “Hazırda yığmanın heyətində məşqlərimi davam etdirirəm. Diskvalifikasiya olunsam belə, həvəsdən düşməməyə çalışacağam. Formamı saxlayacağam. Yaşım da çox deyil. Karyeramı bitirmək barədə də düşünmürəm. Bunun üçün indidən gələcəklə bağlı nəsə deməyə çətinlik çəkirəm. Bütün bunlar federasiya prezidenti Cahangir Əsgərovla görüşdən sonra dəqiqləşəcək. 1-2 günə baş tutacaq söhbətdə hər şey dəqiqləşəcək”.
Fətullayev bildirib ki, digər atletimiz Zülfüqar Süleymanovla birgə diskvalifikasiyaya məruz qalsa da, ona verilən maaş kəsilməyib: “Zülfüqarın yaşı məndən çoxdur. Ola bilsin ki, bununla da karyerasını bitirsin. Komanda yoldaşıma federasiya tərəfindən verilən maaş dayandırılıb. Lakin məndə bu hal baş verməyib. Əvvəlki kimi məvacibimi alıram”.
Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qərarına əsasən, Süleymanov və Fətullayev 2014-cü ilədək diskvalifikasiyaya ediliblər.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0