Abdullah Bessalam: Azərbaycan Boks Federasiyası dünyada tanınıb - FOTOSESSİYA
19.11.2010 - 15:21
Sabah paytaxtımızda Dünya üzrə Boks Seriyasının (WSB) ilk mərhələsi çərçivəsində Azərbaycanın “Baku Fires” komandası Çinin “Beijing Dragons” klubu ilə ilk görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, bununla bağlı bu gün mətbuat konfransı keçirilib.
Tədbirdə WSB-in supervayzeri doktor Abdullah Bessalam, “Baku Fires”in baş meneceri Rizvan Gənciyev, “Beijing Dragons”un meneceri Yuan Jonq, klubların üzvləri və baş məşqçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Bessalam bu döyüşün Bakıda keçirilməsindən şad olduğunu bildirib. O, Azərbaycan Boks Federasiyasının dünyada tanınmış qurumlardan biri olduğunu və yarışın uğurla başa çatacağını qeyd edib: “Belə bir yarışın Bakıda keçirilməsindən qürur duyuram. Azərbaycan Boks Federasiyası dünyada tanınıb. Burada boksa xüsusi diqqət göstərilir. İnanıram ki, yarış uğurla başlayıb və uğurla da başa çatacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Sonra “Beijing Dragons”un meneceri Jonq yarış barəsində fikirlərini bildirdi. Asiyalı mütəxəssis bu yarışın əhəmiyyətindən söz açdı: “Bizim komandanın adı tərcümədə Pekin əjdahalarıdır. Bakıya güclü heyətlə gəlmişik. Bu yarış boks idmanının tarixində əhəmiyyətli bir çəkiyə malikdir. Beynəlxalq Boks Federasiyası (AİBA) belə bir versiyanı yaratmaqla, arzularımızı həyata keçirdi. Artıq komandamız burada döyüş üçün gözəl şans qazandığından, təmiz mübarizə aparmağa çalışacağıq. “Beijing Dragons”un adından isə Azərbaycanda bizə göstərilən qayğı üçün təşəkkürümü bildirirəm”.
“Baku Fires”in baş meneceri Gənciyev də çıxışında yarışın uğurla keçəcəyindən və burada mübarizə aparan boksçuların London-2012-yə lisenziya qazanmaq şanslarının olması barədə məlumat verdi: “Bu beynəlxalq miqyaslı yarış olduğundan burada çıxış edən boksçular Olimpiadaya yollanmaq şansı qazanacaqlar. Qrupumuzda Çin, Koreya və Qazaxıstan klubları yer alıblar. Martın 12-dək 6 döyüş keçirəcəyik. Sonra isə qrup birinciləri və ən yaxşı ikinci yerin sahibləri yarımfinala yüksələcəklər. Finalda qalib komanda müəyyənləşdikdən sonra şəxsi görüşlər olacaq ki, burada da reytinqi yüksək olan boksçular mübarizə aparacaqlar. Hər çəkidə qalib gələn idmançı ölkəsini Londonda təmsil etmək hüququ qazanacaq”. Gənciyev komandanın baş məşqçisi Yevgeni Kotevi və idmançıları təqdim etdikdən sonra çəki mərasimi baş tutub.
Qeyd edək ki, peşəkar qaydalar əsasında keçiriləcək döyüşlərdə 3 qitənin - Asiya, Amerika və Avropanın 12 komandası mübarizə aparır. Hər raund 3 dəqiqədən, görüş isə 5 raunddan ibarət olacaq. Sonda şəxsi döyüş də baş tutacaq. Qalib 7 raundun yekununda bilinəcək və London-2012-də iştirak hüququ qazanacaq.
Sabah “Sərhədçi” Olimpiya Mərkəzində “Baku Fires”dən Məhəmməd Əbdülhəmidov (54 kq) Lou Şaofanqı, Romal Amanov (61 kq) Lei Fanqı, Soltan Migitinov (73 kq) Xiaobanq Zanqı, Denis Poyatska (85 kq) Xuezi Jiaonu və Maqomedrasul Məcidov (91+) Zihua Manı sınağa çəkəcək. Döyüşlər saat 19:00-dan start götürəcək.
Tahir HÜMMƏTOV

0
0