“Komandamızda zəif bənd yoxdur”
19.11.2010 - 16:21
“Komandamız 3 ay bundan öncə Azərbaycan Boks Federasiyasının prezidenti Kamaləddin Heydərov tərəfindən yaradılıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri paytaxtın “Baku Fires” boks klubunun baş məşqçisi Yevgeni Kotev deyib.
Rusiyalı məşqçi bildirib ki, yetirmələri Dünya üzrə Boks Seriyasının (WSB) ilk mərhələsi çərçivəsində sabah Çinin “Beijing Dragons” komandası ilə döyüşə hazırdır: “Təlim-məşq toplanışını ABŞ-ın Mayami şəhərində keçmişik. Hazırlığımız əladır. Bu, özünü döyüşlərdə də göstərəcək. Komandamızda zəif bənd yoxdur. Dünya çempionatının finalçısı Romal Amanov və Avropa çempionu Denis Poyatska çox güclüdürlər. Komandamızın bütün boksçularına ümidim böyükdür”.
Qeyd edək ki, “Baku Fires” və “Beijing Dragons” komandası “Sərhədçi” Olimpiya Mərkəzində ən güclünü müəyyənləşdirəcəklər.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0