Yığmamız Avropa çempionatından 1 bürünc medalla qayıdır
22.11.2010 - 10:40
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşa qədər cüdoçular arasında keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 6 cüdoçu ilə mübarizə aparan Azərbaycan yığmasının qazancı 1 bürünc medal olub. Komandamıza yeganə medalı 60 kq çəki dərəcəsində qüvvəsini sınayan İlqar Müşkiyev qazandırıb. O, yarımfinala kimi Moldova və Finlandiya təmsilçilərinə qalib gəlsə də, finala gedən yolda rusiyalı cüdoçuya uduzub. Nəticədə təsəlliverici görüşə qatılan həmyerlimiz Andrey Klokovu (Litva) məğlub edərək fəxri kürsünün III pilləsinə qalxıb.
Qeyd edək ki, 40 ölkənin iştirak etdiyi Avropa çempionatında yığmamız komanda hesabında 18-ci yeri tutub.
Qeyd edək ki, 40 ölkənin iştirak etdiyi Avropa çempionatında yığmamız komanda hesabında 18-ci yeri tutub.
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
0
0