“Baku Fires”dən inamlı qələbə
22.11.2010 - 11:25
Azərbaycanın “Baku Fires” komandası Dünya Boks Seriyasının (WSB) ilk mərhələsinə uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda Çinin “Beijing Dragons” klubunu qəbul edən boksçularımız 5:0 hesabı ilə qələbə qazanıblar.
Belə ki, ilk 2 görüşdə Məhəmməd Əbdülhəmidov (54 kq) Lou Şaofanqa, Romal Amanov (61 kq) Lei Fanqa qalib gəldikdən sonra qonaqlar rinqə çıxmaqdan imtina ediblər. Rəqib digər idmançılarının əlcəklərində problem yarandığını əsas gətirdiyindən digər 3 boksçumuza - Soltan Migitinov (73 kq), Denis Poyatska (85 kq) və Maqomedrasul Məcidova (91+) texniki qələbə verilib.
Qrupumuzda yer alan digər döyüşdə isə Qazaxıstanın “Astana Arlans” komandası Cənubi Koreyanın “İnçon Red Uinqs” klubuna 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü noyabrın 27-də “Astana Arlans”a qarşı keçirəcək.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0