Bakı dünyanın ən güclü paytaxtı ola biləcəkmi?
22.11.2010 - 21:17
Noyabrın 27-28-də Rusiyanın paytaxtı Moskvada karatenin WKF versiyası üzrə “Dünya paytaxt şəhərlərinin kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, şəxsi və komanda kumite növləri üzrə təşkil olunacaq yarışda dünyanın ən güclü karate ölkələrinin paytaxt komandaları mübarizə aparacaqlar.
Ötən il keçirilmiş turnirin qalibi olan Azərbaycanın kumite üzrə yığma komandası da yarışda qüvvəsini sınayacaq. Oktyabrın son günlərində Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında tarixində ilk dəfə gümüş medal qazanan komanda kumite yığmamız “Dünya paytaxt şəhərlərinin kuboku” turnirinin əsas favoritlərindən biri sayılır. Baş məşqçi Rəhman Hatəmovun rəhbərliyi altında Moskvada 8 karateçimiz döyüşəcək. “Qalib heyəti dəyişməzlər” prinsipinə əməl edən baş məşqçi Serbiyada olduğu kimi, bu dəfə də başda 4 qat dünya çempionu Rafael Ağayev olmaqla Niyazi Əliyev, Rəşad Hüseynov, Sənan Əliyev, Amal Atayev, İsrafil Şirinov və Şahin Atamova güvənəcək.
Bundan başqa 1 qız idmançımız – Aynur Məmmədova da Moskvaya yollanan heyətə daxil edilib. Komanda Moskva turnirinə WKF versiyası üzrə milli karate federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında yollanacaq.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0