Snayperlərimiz hədəfə düşdülər
23.11.2010 - 14:02
Gürcüstanda güllə atıcılığı üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa qatılan Azərbaycan yığması vətənə 4 medalla qayıdıb.
Komandamızın üzvlərindən kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada Rəsul Məmmədov 572 xalla turnirin qalibi adını qazanıb. Bu məsafədə II yer də həmyerlimizə qismət olub. Məmmədovdan 3 xal az toplayan Ruslan Lunyov turniri gümüş medalla başa vurub.
Qadın snayperlərin mübarizəsində 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçmada İradə Aşumova (377) fəxri kürsünün II pilləsində yer alıb. Yığmamızın digər üzvü Nigar Bağırova (377) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, güllə atıcılarımızı qarşıda Azərbaycan kuboku gözləyir. Noyabrın 26-30-da keçiriləcək yarış yığmanın heyətini formalaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edəcək.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0