Vətəndən Vətən üçün qızıl
23.11.2010 - 17:29
Pavlodar şəhərində Qazaxıstanın əməkdar məşqçisi Rafael Vahidovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, yarışda Rasim Məmmədovun rəhbərliyi altında “Rabitə” klubunun idmançıları da mübarizə aparıb.
Turnirə 8 boksçu ilə yollanan komandamız Vətənə 5 medalla dönüb. 60 kq çəki dərəcəsində Elvin İsayev və 81 kq-da gücünü sınamış Vətən Hüseynli bütün görüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İki idmançımız – Kamran Mehdiyev (81 kq) və Sadiq Eynullayev (69 kq) yalnız finalda uduzub. 75 kq çəki dərəcəsində döyüşmüş Murad Agamalıyev 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, yarışda Qazaxıstan, Azərbaycan, Rusiya Qırğızıstan və Monqolustanın 100-dən çox dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0