“Baku Fires”in heyəti açıqlandı
25.11.2010 - 17:06
WSB liqasında mübarizə aparan “Baku Fires” klubu növbəti görüşünü noyabrın 27-də səfərdə Qazaxıstanın “Astana Arlans” komandasına qarşı keçirəcək. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, artıq hər iki klub şənbə günü rinqə çıxacaq boksçuların adlarını açıqlayıb.
Belə ki, Astanada baş tutacaq döyüşdə “Baku Fires”in heyətində Rəhim Nəcəfov (54 kq), Koba Pxakadze (61 kq), Məhəmməd Nuritdinov (73 kq), Denis Poyatska (85 kq) və Məhəmmədrəsul Məcidov (+91) qüvvələrini sınayacaqlar. Rəqib komanda isə boksçularımıza qarşı Nurlan Seitimbetov (54 kq), Yerjan Mussafirov (61 kq), Baxıt Sarsekbayev (73 kq), Marat Moldagereyev (85 kq) və Milutin Stankoviçə (+91) şans verəcək.
Yarışın qaydalarına əsasən, boksçular ən azı iki həftə dincəlməlidirlər. Buna görə, ilk turda rinqə çıxmış idmançılar bu dəfə mübarizə aparmayacaqlar.
Xatırladaq ki, “Baku Fires” I görüşündə “Beijing Dragons” klubunu 5:0 hesabı ilə məğlub etmişdi.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0