“Baku Fires”in “İnceon”la müqayisədə səviyyəsi daha yüksəkdir”
29.11.2010 - 11:40
 “Baku Fires”in “İnceon”la müqayisədə səviyyəsi daha yüksəkdir”
“Rəqibim çox güclü idi. Bunun üçün döyüş zamanı məndə heç bir şey alınmırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Astana Arlans” klubunun boksçusu Yerjan Musafirov (61 kq) deyib.

WSB liqasında “Baku Fires”ə 1:4 hesabı ilə uduzan Astana təmsilçisinin üzvü öz döyüşünə münasibət bildirib. Klubunun heyətində yeganə qələbə qazanan Musafirov bildirib ki, Koba Pxakadzeni taktikanı dəyişmək hesabına məğlub edib: “III raunddan sonra taktikamı dəyişə bildim. Məşqçilər düzgün göstərişlər verdilər. Mən də öz növbəmdə onları yerinə yetirdim və daha hazırlıqlı olduğum üçün qalib gəldim. Bakı komandasının Cənubi Koreya təmsilçisi “İnceon”la müqayisədə səviyyəsi daha yüksəkdir. Bu klubda güclü legionerlər cəmləşiblər”.

Qeyd edək ki, “Baku Fires” Asiya zonasında Pekin, Astana və Cənubi Koreyanın İnceon şəhərlərinin komandaları ilə eyni qrupda yer alıb. İlk 2 görüşündə qələbə qazanan boksçularımız növbəti görüşdə “İnçeon”la qarşılaşacaq.