Yığmamızın rəqibi seçim qarşısında
30.11.2010 - 10:15
Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Qazaxıstan milli komandasının baş məşqçi postuna iki namizəd var. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis Ravil Sabitovun yaxın günlərdə rəqibimizin yeni çalışdırıcısı təyin ediləcəyi gözlənilir. Bu post almaniyalı Bernd Ştorkun cari seçmə mərhələdə uğursuz nəticəyə görə istefaya göndərilməsindən sonra boş qalıb. Bir il öncə “Tobol”a rəhbərlik edən Sabitov “Aktobe”nin hegemonluğuna son qoyaraq, komandanı tarixində ilk dəfə çempion etdi. Nəticədə “Tobol” gələn ilin yanvarında Bakının “İnter” klubunun qatılacağı “Birlik kuboku”nda, yayda isə Çempionlar Liqasında debüt edəcək. Qazaxıstan yığmasının baş məşqçi postuna digər namizəd isə Xolqer Foxdur. Almaniyalı mütəxəssis Astananın “Lokomotiv” klubunu çalışdırır.
Qeyd edək ki, yığmamız Qazaxıstanla səfər görüşünü gələn ilin iyunun 3-də, ev oyununu sentyabrın 6-da keçirəcək.
Qeyd edək ki, yığmamız Qazaxıstanla səfər görüşünü gələn ilin iyunun 3-də, ev oyununu sentyabrın 6-da keçirəcək.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0