Kifayət Qasımova: Son vaxtlar ancaq uduzuram
02.12.2010 - 12:27
“Son vaxtlar döyüşüm nəsə alınmır, ancaq uduzuram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının cüdoçusu Kifayət Qasımova deyib.
Beynəlxalq Cüdo Federasiyasının yenicə açıqladığı reytinq cədvəlində Qasımova 196 xalla 31-ci pillədə qərarlaşıb. Lakin London-2012-yə lisenziya qazanmaq üçün ilk “12-lik”də yer almaq lazımdır. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı bildirib ki, bu bir qədər çətin olsa da, Böyük Britaniyaya yollanmaq arzusundadır: “Hazırkı mövqeyimdən razı deyiləm. Amma bacardığım qədər irəliləməyə çalışacağam. Yerimdə saymağımın son yarışlarda xal qazana bilməməyimlə bağlıdır. Hazırda yığmamız əsas diqqətini Bakıda keçiriləcək usta cüdoçuların yarışına yönəldib. Çünki burada çempion adını qazansam, 300 lisenziya xalına sahib olacağam. Bu isə Olimpiadaya vəsiqə üçün böyük xaldır. İnşallah, bütün gücümü ortaya qoyaraq, London-2012-yə yollanaram”.
Qasımovanın fikrincə, məğlubiyyətlərində cərrahiyyə əməliyyatından sonra tam forma yığa bilməsi mühüm rol oynayır: “Uduzmağımı yalnız cərrahiyyə əməliyyatından sonra tam formada olmamağımla bağlayardım. Çünki ondan sonra bir neçə yarışda mübarizə aparsam da, yalnız Bakıda keçirilən Dünya kubokunda bürünclə kifayətlənmişəm. Fikrimcə, 2011-ci ildə bu çətinlikləri arxada qoyacağam”.

- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
0
0