Mariya Stadnik: Ana olandan sonra futbol oynadım
03.12.2010 - 15:02
“Ana olandan cəmi 2 həftə sonra futbol oynadım. Ancaq tam gücümlə çalışmağa 2 ay öncə başlamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri güləş üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik deyib.
Pekin-2008-in bürünc mükafatçısı iyulda ana olsa da, artıq məşqlərini bərpa edib. O, bildirib ki, əvvəlki formaya düşmək üçün zamana ehtiyacı var: “Hazırlığa başlayanda bir qədər çətin oldu. Tədricən çəkimi normallaşdırıram. Artıq güləş döşəyində məşqlərimi bərpa etmişəm. Əvvəlki formama qayıtmaq üçün zamana ehtiyacım var”.
Dünya çempionu məşqlərini belə tez bərpa etməyinin səbəblərini də açıqlayıb: “Mən özümü fiziki cəhətdən normal hiss etdikdən sonra hazırlığa başlamışam. Yəni, burada məni pul maraqlandırmayıb. Sadəcə, məşq edə bilirəmsə, döşəyə niyə də qayıtmayım? Uğurlu karyeramı davam etdirmək istəyirəm. Döyüşlərə martın sonunda, aprelin əvvəlində olacaq Avropa çempionatında başlamaq olar. Ancaq əsas hədəf Olimpiadaya lisenziya verəcək dünya çempionatında iştirakdır”.
Stadnik ilin əvvəlində evindən oğurlanan mükafatların geri qaytarılmadığını bildirib: “Evimiz qarət olunduqdan sonra cinayətkarların tapılması ilə bağlı ciddi bir irəliləyiş yoxdur. Heç kim maraqlanmır. Həmin vaxt çox şey – Olimpiya mükafatım, sertifikatlarım, böyük televizor və çox əşyalarım aparıldı. Onları daşımaq üçün 2-3 dəfə gəlib-getmək lazım idi. Maraqlıdır ki, qonşularımdan da oğruları görən olmayıb. Prokurorluq orqanları buna laqeyd münasibət göstərirlər. Bəs onları tapmaqla kim maraqlanmalıdır? Mən bax, bunu, başa düşə bilmirəm”.
Stadnik evindən oğurluq edildikdən sonra əsəb xəstəsinə çevrilən həyat yoldaşı Andreyin də bir qədər özünə gəldiyini bildirib: “İndi bir az yaxşıdır. Oğlumuz olduqdan sonra bir qədər sakitləşib. Fikrimcə, əsəbdən əziyyət çəkir. Çünki evimizdən oğurluq, ardınca Avropa çempionatında uğursuz çıxış ona pis təsir edib”.

- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
0
0