Elxan Məmmədov: Bu il mənim üçün yaxşı oldu
06.12.2010 - 13:39
“Hazırlığım yüksək səviyyədədir. İstəyirəm ki, iştirak etdiyim bütün yarışlarda fəxri kürsüdə yer alam”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının üzvü Elxan Məmmədov deyib.
90 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan cüdoçu London-2012 üçün lisenziya xalını demək olar ki, toplayıb. Hazırda reytinq cədvəlində 7-ci pillədə yer alan Məmmədov bunun üçün arxayınlaşmaq fikrində deyil: “Fikrimcə, lisenziya qazanmağımda problem olmayacaq. Artıq bunu reallaşdırmışam. Amma yerimi möhkəmlətmək üçün bir yarışda çempionluq və 150 xal kifayətdir. Buna baxmayaraq, mən arxayınlaşıb digər yarışlara turist kimi getmək fikrində deyiləm. Hər bir yarışa və döyüşə qələbə qazanmaq üçün çıxacağam”.
Dekabrın 11-13-də Yaponiyanın paytaxtı Tokioda “Böyük Dəbilqə” yarışı keçiriləcək. Bu yarışda qüvvəsini sınayacaq dünya çempionatının bürünc mükafatçısı ilin son mötəbər yarışından uğurla dönmək arzusundadır: “Bu il mənim üçün yaxşı oldu. Mundialda medal qazandım, reytinq cədvəlində ön sıralarda yer aldım. Düzdür, Yaponiyada keçiriləcək “Böyük Dəbilqə”də kifayət qədər güclü çüdoçular mübarizə aparacaqlar. Asiyalılar turnirə böyük heyətlə qatılacaqlar. Məsələn, yaponlar hər çəkidə 4 cüdoçu buraxacaqlar ki, bu da ciddi rəqabətlə nəticələnəcək. Lakin mən də 2010-cu ili uğurla başa vurmaq istəyirəm. Bunun üçün “Gündoğar ölkə”dən uğurla qayıtmağı planlaşdırıram. İnanıram ki, ilin son mötəbər yarışından vətənə medalla dönəcəyəm”.

- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0