İlin son zərbəsi
10.12.2010 - 00:05
Azərbaycanın tanınmış boksçusu Əli İsmayılov dekabrın 18-də Almaniyanın paytaxtı Berlində peşəkarlar arasında keçirilən növbəti boks gecəsinə qatılacaq. Apasport.az saytının xəbərinə görə, həmin görüşlərin birində 36 yaşlı həmyerlimiz özünün 24-cü döyüşünə çıxacaq.
"Bürünc Əli" həmin döyüşdə kubalı dəri əlcək ustası Pablo Ernandesə qarşı özünün sahib olduğu PABA versiyası üzrə çempionluq kəmərini müdafiə etməyə çalışacaq. Bəlli döyüşün başlanmasına 10 günədək az vaxtın qaldığı bir dövrdə 26 yaşlı kubalı qarşıdakı görüşlə bağlı maraqlı açıqlama verib: "Hesab edirəm ki, döyüşə hazırlıq prosesi qaydasında gedir. Bu döyüş mənim həyatımda mühüm əhəmiyyət kəsb edən qarşılaşma olacaq. Ona görə də döyüşə tam hazıram. Qarşıdakı görüş heç də bulvarda gəzinti xarakteri daşımayacaq. Rəqibim Əli İsmayılov çox güclü olduğu üçün ondan əsl döyüş gözləyirəm”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0