Uğursuzluğa son
13.12.2010 - 09:53
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın ilk 2 günündə tatamiyə çıxan 3 cüdoçumuzdan yalnız Kifayət Qasımova çıxışını uğurla başa vurub.
Xanım idmançımız ilk döyüşündə Sabrina Filmozeri (Avstriya), ardınca Cemma Hauellini (Böyük Britaniya) məğlub edib. Lakin yarımfinalda Nozomi Hira (Yaponiya) ilə bacara bilməyən Qasımova bürünc medalla kifayətlənib. O, bununla da “Böyük Dəbilqə”də fəxri kürsüyə yüksələn ilk Azərbaycan idmançısı kimi tarixə düşüb. Bundan əlavə, son yarışlarda inamsız çıxış edən Kifayət aktivinə 120 lisenziya xalı da yazıb.
Digər cüdoçumız – Elxan Məmmədov (90 kq) 5-ci yerlə kifayətlənərək, 60 xala sahib olub. Ramilə Yusubova (63 kq) isə mübarizəni 1/8 finalda dayandırıb.
Xatırladaq ki, bu gün tatamiyə çıxacaq Elmar Qasımov (100 kq) ilk döyüşündə Oreydi Despayneni (Kuba) sınağa çəkəcək.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0