Ardıcıl 3-cü qələbə
13.12.2010 - 10:13
Ardıcıl 3-cü qələbə
WSB Liqasında III turun görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk 2 döyüşdə rəqiblərini məğlub edən “Baku Fires” boks klubu növbəti qələbəsini qazanıb. Yevgeni Kotevin yetirmələri bu dəfə Cənubi Koreyanın “İnçeon Red Wings” komandasına 4:1 hesabı ilə qalib gəliblər.

Boksçularımızdan yalnız Romal Amanov (61 kq) Bahadırjon Sultonovla döyüşdə məğlub olub. Ondan fərqli, Məhəmməd Abdulhəmidov (54 kq) Ju Seonq Kim, Soltan Migitinov (73 kq) Viktor Kontijuanski, Ramazan Maqomedov (85 kq) Reece Papuni, Beka Lobjanidze (+91 kq) isə Mixail Muntia üzərində inamlı qələbə qazanıblar.

Qeyd edək ki, məğlubiyyətsiz irəliləyən “Baku Fires” növbəti görüşünü dekabrın 18-də Bakıda keçirəcək. Komandamız “Sərhədçi” Olimpiya Mərkəzində “İnçeon Red Wings” komandası ilə II dəfə qarşılaşacaq.