Azərbaycan yığmasında yeni legioner
15.12.2010 - 12:29
Azərbaycan yığmasında yeni legioner
Taekvondo üzrə Azərbaycan yığmasının heyətinə yeni legioner cəlb edilib. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, koreyalı Kvank Suk bundan sonra karyerasını ölkəmizdə davam etdirəcək.

Perspektivli idmançı 68 kq çəki dərəcəsində mübarizə aparacaq. İmaməliyevin sözlərinə görə, Sukun gəlişindən sonra bu çəkidə rəqabət artacaq: “Koreyalı taekvondoçu xoş gələcək vəd edir. Elə bu səbəbdən də onu komandaya götürməyi qərara aldıq. İnanıram ki, Sukun yığmamıza cəlb edilməsindən sonra Olimpiya çəkisi – 68 kq-da rəqabət daha da artacaq. Bu isə beynəlxalq yarışlarda uğurlu çıxışımıza zəmin yaradacaq”.

Kvank Suk Bakıda ilk çıxışı dekabrın 26-da start götürəcək Azərbaycan çempionatına təsadüf edəcək.