“Baku Fires” vahid liderdir
19.12.2010 - 16:07
WSB Liqasında mübarizə aparan “Baku Fires” klubu növbəti görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, boksçularımız “Sərhədçi” İdman Olimpiya Mərkəzində Cənubi Koreyanın “Incheon Red Wings” komandası ilə qarşılaşıb.
Öncə çəkisi 54 kq olan boksçular rinqə dəvət olundu. Rəhim Nəcəfov rəqib komandanın polşalı legioneri Lukaş Adam Maşçukla üz-üzə gəldi. 5 raund ərzində rəqibinə heç bir şans verməyən Nəcəfov komandamıza ilk qələbəni qazandırdı. Hər 3 hakim Nəcəfovun qələbəsini qeydə aldı.
İkinci görüşdə “Baku Fires”in gürcü legioneri Koba Pxakadze (61 kq) Doja Li üzərində qələbə qazandı. 73 kq çəki dərəcəsində mübarizə aparan Osman Əliyev isə Kyuçeol Lini vaxtından əvvəl nokautla məğlub edərək, ümumi hesabı 3:0 etdi.
Bundan sonrakı 2 qarşılaşma artıq formal xarakter daşıyırdı. Görünür, bu səbəbdən də 2006-cı ilin Avropa çempionu Denis Poyatska rinqə arxayın çıxdı. Nəticədə, “Baku Fires”in üzvü rəqibin əlcəzairli idmançısı Abdelxafid Bençablaya xal hesabı ilə uduzdu. Nəhayət, ən ağırların mübarizəsində Məhəmmədrəsul Məcidov Rüstəm Səidova aşkar üstünlüklə qalib gəldi. Azərbaycan boksçusu rəqibini 3-cü raundda nokauta saldı.
Beləliklə, komandamız Cənubi Koreya klubunu 2-ci görüşdə də 4:1 hesabı ilə məğlub etdi. Bu “Baku Fires”in WSB liqasında ardıcıl 4-cü qələbəsidir.
Qrupun digər görüşündə “Beijing Dragons” öz meydanında “Astana Arlans” klubuna 0:5 hesabı ilə uduzub. “Baku Fires” 12 xalla qrupun vahid lideridir. Qazaxıstan komandasının 9 xalı var. Komandamız növbəti görüşünü yanvarın 8-də Bakıda “Astana Arlans”a qarşı keçirəcək.

0
0