“Neftçi” “Arsenal”a qalib gəldi
26.01.2011 - 20:45
Bu gün Bakının “Neftçi” klubu Türkiyənin Antalya şəhərində 2-ci hazırlıq prosesində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ukrayna Premyer Liqasının təmsilçisi olan Kiyev "Arsenal"ı ilə görüş komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla da qış çempionumuz bu ilk qələbəsini qazanıb. Arif Əsədovun yetirmələri Antalyada ilk hazırlıq mərhələsində Rusiyanın I divizion təmsilçisi “OİK-Enerji” ilə 1:1 hesablı bərabərliyə qalmışdı.
“NEFTÇİ” (AZƏRBAYCAN) – “Arsenal” (UKRAYNA) – 2:1
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Ruslan Əmircanov, Denis Silva, İqor Mitreski, Ruslan Abışov, Slavço Georgievski, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Bahodir Nasimov.
"Arsenal"ın start heyəti: Poqorelıy, Şersun, Şaova, Yeşenko, Danilov, Starqorodski, Beretsay, Qusev, Kabaxidze, Ruqaçov, Arjanov.
Oyun başlandı.
Görüşün əvvəli "Neftçi"nin üstünlüyü şəraitində keçir.
Qol! "Neftçi" 7-ci dəqiqədə hesabı açdı: Rəşad Abdullayev fərqləndi.
13-cü dəqiqədə Ruslan Əmircanovun ötürdüyü topu Bahodir Nasimov qapıya göndərə bilmədi.
22-ci dəqiqədə rəqib müdafiəçi Bahodir Nasimovu cərimə meydançasında yıxdığına görə hakim penalti təyin etdi.
Qol! 23-cü dəqiqədə Bahodir Nasimov penalti zərbəsindən sonra hesabı 2:0-a çatdırdı.
"Neftçi" oyunda ərazi üstünlüyünə malikdir və 3-cü qolu vurmağa yaxındır.
İlk hissə başa çatdı.
İkinci hissə başladı. "Neftçi"nin heyətində Ruslan Qurbanov, Araz Abdullayev, Emil Mpenza, Tərlan Quliyev və Elmar Baxşiyev meydana çıxıblar. Onlar Ruslan Abışov, Rəşad Abdullayev, Cavid Hüseynov, Mirhüseyn Seyidov və Cavid İmamverdiyevi əvəzləyiblər.
56-cı dəqiqədə Rauf Mehdiyev cərimə zərbəsini qaytardı, hücumun davamında zərbə qapı dirəyinə tuş gəldi.
65-ci dəqiqədə Tural Nərimanov Denis Silvanı, Elçin Sadıqov isə Rauf Mehdiyevi əvəzlədi.
77-ci dəqiqədə Bahodir Nasimovu Eltun Yaqublu, Ruslan Əmircanovu isə Flavinyo əvəzlədi.
78-ci dəqiqədə Sergey Matyuxin künc zərbəsindən sonra başla qol vurdu - 2:1.
83-cü dəqiqədə Ruslan Qurbanovun zərbəsi çox təhlükəli oldu, tirdən azca aralı keçdi.
86-cı dəqiqədə Slavço Georgievskinin yerinə meydana Kərim Diniyev daxil oldu.
Görüş başa çatdı. "Neftçi" 2:1 hesabı ilə qələbə qazandı.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0