“Baku Fires”in heyətində daha bir debütant
27.01.2011 - 10:45
“Baku Fires” boks klubu WSB liqasında növbəti görüşünü yanvarın 29-da Çinin “Beijing Dragons” komandasına qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, döyüş Makao şəhərindəki “Venetian” otelində baş tutacaq.
Artıq hər iki komanda heyətlərini açıqlayıb. Bu dəfə də “Baku Fires”in heyətində bir yeni boksçu debüt edəcək. Bu +91 kq çəki dərəcəsində mübarizə aparan Abdulkadir Abdullayevdir. Onun rəqibi Xianqyanq Çenq olacaq. 54 kq çəki dərəcəsində Məhəmməd Abdulhəmidov artıq bir dəfə məğlub etdiyi Şaofanq Luo ilə üz-üzə gələcək. Romal Amanov (61 kq) da Lei Fanq üzərində ikinci qələbəsini qazanmağa çalışacaq. “Baku Fires”in digər üzvlərindən - Məhəmməd Nuritdinov (73 kq) Vei Luinin, Ramazan Maqomedov (85 kq) isə Assane Fayenin gücünü yoxlayacaq.
Qeyd edək ki, “Beijing Dragons”un heyətində yeganə legioner seneqallı Assane Faye olacaq. Ötən həftə komandamızın digər üzvü – Rizvan Əlimuradov Fayeni məğlub etmişdi. “Baku Fires” 6 turdan sonra 100 faizlik nəticə ilə qrupun vahid lideridir. Komandamız WSB liqasında məğlubiyyət acısı dadmayan yeganə klubdur. “Beijing “Dragons” 4 xalla qrupda sonuncu yeri tutur. Bir həftə öncə Çində keçirilmiş qarşılaşmada “Baku Fires” rəqibini 3:2 hesabı ilə üstələmişdi.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0