Azərbaycan çempionatına start verildi
29.01.2011 - 17:40
Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buza dırmanma üzrə açıq Azərbaycan çempionatına start verilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (AHEİNF) apasport.az saytına verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə keçirilən yarışa 52 idmançı qatılıb. Bunlardan 9-u Rusiya, 2-si Türkiyə, 1-i isə Ukraynadan olan qonaqdır. Digər 40 idmançı isə yerli buza dırmananlardılr.
Təmsilçilərimiz yanvarın 30-a qədər davam edəcək yarışda AHEİNF-nin “Dağ hazırlığı məktəbi”, Respublika Alpinist Turist Klubu, Bakıdan “Ekosport”, “A+A”, “Climb-club”, “Bakı Dövlət Universiteti”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universitetinin idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ” klublarını təmsil edirlər.
İdmançılar 2 turdan ibarət yarışın yanvarın 29-da keçiriləcək I mərhələsində mürəkkəblik, ertəsi II mərhələdə isə sürət üzrə sınanacaqlar. Bu gün qızlar 25, kişilər isə 40 metr məsafəyə dırmanıblar.

- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0