Portuqaliya millisi 12 ildən sonra ən ağır məğlubiyyətini yaşayıb
15.11.2026 - 10:07
Portuqaliya millisi 12 ildən sonra ən ağır məğlubiyyətini yaşayıb

Portuqaliya millisi 2014-cü ildən bəri ən böyükhesablı məğlubiyyətinə uğrayıb.

Apasportaz xəbər verir ki, Jorje Jesusun rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasının A Liqasında qrup mərhələsinin V turunda Danimarkaya 1:4 hesabı ilə uduzub.

Portuqaliya yığması sonuncu dəfə belə ağır məğlubiyyəti 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında yaşayıb. Həmin vaxt Almaniyaya 0:4 hesabı ilə uduzan komanda ötən 12 il ərzində üç top fərqi ilə məğlub olmamışdı.

Qeyd edək ki, Danimarka ilə qarşılaşma Kriştianu Ronaldunun milli komandadan ayrıldığını açıqlamasından sonra Portuqaliyanın ilk oyunu olub. Təcrübəli hücumçu bundan əvvəlki üç matçda da iştirak etməyib.