“Baku Fires”dən 7-ci qələbə!
30.01.2011 - 12:08
“Baku Fires” WSB liqasında 7-ci görüşünü də qələbə ilə başa vurub. Apasport.az saytının xəbərinə görə, komandamız bu dəfə də səfərdə Çinin “Beijing Dragons” klubunu 3:2 hesabı ilə məğlub edib.
Makao şəhərində keçirilən döyüşdə ilk olaraq Məhəmməd Abdulhəmidov Şaofanq Liyə uduzub. Amma 61 kq çəki dərəcəsində mübarizə aparan Romal Amanov Lei Fanq üzərində qələbə qazanmaqla, WSB liqasında ilk qalibiyyətini əldə edib. Vei Li Məhəmməd Nuritdinovu üstələdikdən sonra hesab meydan sahiblərinin xeyrinə dəyişib - 2:1. Ancaq rinqə çıxan digər 2 boksçumuz məşqçilər heyətinin etimadını doğruldub.
Əvvəlcə Ramazan Maqomedov Assane Fayeni məğlub edib. Görüşdə son nöqtəni Abdulqadir Abdullayev qoyub. Ən ağır çəkidəki təmsilçimiz Əbdulqadir Abdullayev Xianqyanq Çxenqi 2-ci raundda nokaut edib. Qeyd edək ki, WSB liqasının rəsmi saytında səhvə yol verilib. Belə ki, rinqə çıxan bəzi boksçuların adları yanlış göstərilib.
Qrupun digər görüşündə “Astana Arlans” Cənubi Koreyanın “Pohang Poseidons” klubunu 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra “Baku Fires” 21 xal toplamaqla liderliyini davam etdirir. “Baku Fires” növbəti görüşünü fevralın 5-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Astana Arlans”ı qəbul edəcək.

- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0