Yığmamızın 2 üzvü heyətdən kənarlaşdırıldı
19.02.2011 - 12:12
Sabah İrana yola düşəcək taekvondo üzrə Azərbaycan yığmasının son məşqlərində 2 üzvü zədələnib. Bu barədə məlumatı apasport.az saytına milli komandamızın baş məşqçisi Ələkbər İmaməliyev verib.
Onun sözlərinə görə, Urmiya şəhərinə 16 taekvondoçu ilə getməyi planlaşdırsalar da, Vüqar Kərimov (54 kq) və Sənan Əsədzadə (74 kq) zədələndiyindən heyətdən kənarlaşdırılıblar: “Son hazırlıqlar bir qədər gərgin keçdi. Bunun nəticəsində yetirmələrimdən Vüqar və Sənan diz nahiyəsindən zədə aldılar. Bunun üçün səfərə 14 idmançı ilə yollanacağıq. İnanıram ki, uşaqlar çəkdiyimiz əziyyətin qarşılığını verəcəklər. Düzdür, “Fəcr” turniri həmişə çətin olur. Amma biz ənənəvi keçirilən bu yarışda həmişə 2-3 medal qazanmağı bacarmışıq. Fikrimcə, bu dəfə də istisna olmayacaq”.
Qeyd edək ki, beynəlxalq turnir fevralın 24-25-də keçiriləcək.

- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
0
0