Boksçumuz ermənini rinqdən qovdu
20.02.2011 - 19:54
Bolqarıstanda boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulub. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bu dəfəki yarışda rekord sayda idmançı – 22 ölkənin 150 boksçusu qələbə uğrunda mübarizə aparıblar.
Azərbaycan milli komandası Yevgeni Kotovun rəhbərliyi altında turnirdə qarışıq heyətlə yarışıb. Belə ki, Bolqarıstana son ölkə çempionatının mükafatçıları ilə yanaşı, bəzi qaliblər də aparılıb.
Komandamızın 2 üzvü – Elvin İsayev və Tamerlan Abdullayev vətənə bürünc medalla dönüblər. Abdullayevin ¼ finalda Ermənistan boksçusu Volodya Hayrapetyan üzərində qələbəsi parlaq olub. Boksçumuzun zərbələri qarşısında davam gətirməyən rəqib döyüşü davam etdirməkdən imtina edib.
Sinqapurda keçirilmiş Yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev 1/4 finalda yerli idmançı Luben Todorovu 7:0 hesabı ilə məğlub edib. İsayev yarımfinalda ingiltərəli Martin Varda uduzaraq, bürünc medalla kifayətlənib. Tamerlan Abdullayev isə finala gedən yolda Avropa çempionatının bürünc mükafatçısı ukraynalı Oleksandr Klyuçkoya uduzub.
Digər boksçularımız – Şaban Şahpələngov (52 kq), Elnur Əliyev (56 kq), Emil Məhərrəmov (69 kq), Sərxan Cabbarov (91 kq) və Fərid Paşayev (91+kq) isə Bolqarıstanda mükafatsız qalıblar.

0
0