Əliyev üçün gümüş medal və 2 min dollar
21.02.2011 - 10:04
Türkiyənin Trabzon şəhərində keçirilən XXXI beynəlxalq marafon yürüşü başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən milli komandamızın atleti Telahun Əliyev turniri uğurla başa vurub. O, 21 km məsafəni 1.04.58 saniyəyə qət edərək gümüş medala sahib olub. İlk pilləni finiş xəttinə 1.04.53 saniyəyə qaçan keniyalı Moses Tu tutub. Fəxri kürsünün III pilləsi isə türkiyəli Əhmət Arslana qismət olub (1.06.58).
Qeyd edək ki, Əliyev gümüş medalla yanaşı 2 min ABŞ dolları da irəli düşüb.
Qeyd edək ki, Əliyev gümüş medalla yanaşı 2 min ABŞ dolları da irəli düşüb.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0